Yunanıstanda ilk dəfə həyata keçirilən könüllü qadın hərbçi layihəsi gözlənilən nəticəni verməyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, layihəyə qoşulanların sayı qısa müddətdə azalıb.
Məlumata görə, əvvəlcə proqramda 71 nəfər iştirak edib. Sonradan bu rəqəm 42 nəfərə qədər enib. Müdafiə naziri Nikos Dendias təlim mərkəzinə səfər edib. O, iştirakçılarla görüşərək layihəyə dəstəyin artırılmasına çalışıb.
//Nəzər.Media
