İran geri addım atmayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran tərəfi Hörmüz boğazına nəzarəti saxladığını bildirib.
Hətəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari heç bir gəminin İranın icazəsi olmadan boğazdan keçə bilməyəcəyini deyib. O, boğazın İranın tam nəzarətində olduğunu vurğulayıb. Zülfiqari ABŞ-nin bölgədə təhlükə yaratdığını və təhdidlərə sərt cavab verəcəklərini bildirib. Məlumata görə, çərşənbə günü Hörmüz boğazından cəmi 5 gəmi keçib.
//Nəzər.Media
