Nepalda torpaq sürüşməsi olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində baş verib.
Sürüşmə nəticəsində 11 ev və bir tövlə torpaq altında qalıb. Təbii fəlakət zamanı 7 nəfər ölüb. Daha 5 nəfərin itkin düşdüyü bildirilir. İtkin düşmüş şəxslərin axtarış işləri davam edir.
Qeyd edək ki, güclü musson yağışları Nepalda hər il sel və torpaq sürüşmələrinə səbəb olur.
//Nəzər.Media
