İran Hörmüz boğazının açılmasını ABŞ-ın öhdəliklərini yerinə yetirməsi ilə əlaqələndirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin şərtlərinin ABŞ-a çatdırıldığını bildirib.
O, bu şərtlər yerinə yetirilməyənədək boğazın açılmayacağını deyib. Qalibaf İranın həm mübarizəni, həm də danışıqları davam etdirəcəyini bildirib. O, uyğun vaxtda diplomatik yollarla nəticələrin möhkəmləndirilməsinin vacib olduğunu vurğulayıb.
//Nəzər.Media
