Şimali Koreya Yapon dənizi istiqamətinə naməlum raket buraxıb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Cənubi Koreya raket buraxılışını qeydə alıb.
Yaponiyanın Sahil Mühafizəsi raketin ballistik ola biləcəyini açıqlayıb. Raket buraxıldıqdan qısa müddət sonra dənizə düşüb. Cənubi Koreya hadisəni izləməyə davam edir.
//Nəzər.Media
