ABŞ Prezidenti Donald Trampın İran müharibəsindən maliyyə baxımından qazanc əldə etdiyi bildirilir. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Trampın kriptovalyuta şirkətləri son altı ayda milyonlarla dollar gəlir əldə edib.
Müharibə dövründə kriptovalyutalara marağın artması şirkətlərin gəlirlərinə təsir göstərib. Trampın oğullarının rəhbərlik etdiyi şirkətlər də bu sahədə fəallığını artırıb. Bu səbəbdən müharibənin Trampa siyasi deyil, maliyyə baxımından da fayda verdiyi müzakirə olunur.
//Nəzər.Media
