Azərbaycanın Avrokuboklardakı yeganə təçsilçisi “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində “Old Trafford” “Mançester Yunayted”in qonağı olub. Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Villi Delajo olub. Ona ədaləti təmsil etməkdə həmyerliləri Ervan Finjean və Valentin Evrard kömək edib. Qarşılaşmada dördüncü hakim funksiyasını isə Matye Vernis yerinə yetirib. VAR sisteminə Jerom Brizar nəzarət edib. AVAR vəzifəsini isə serbiyalı Momçilo Markoviç icra edib. Qarşılaşma 4:0 “Mançester Yunayted”in xeyrinə başa çatıb.
“Mançester Yunayted”-“Sabah”-4:0
Qollar: 27. Mateus Kunya(1:0), 42.Bruno Fernandeş(2:0), 45.Benjamin Şeşko(3:0), 68. Lisandro Martines(4:0) //
Qırmızı Vərəqələr: //
