İranda ABŞ ilə əldə olunan razılaşma ətrafında yeni mübahisə yaranıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Deputat Mahmud Nəbəvian danışıqlar heyətinin dini liderin göstərişlərinə əməl etmədiyini iddia edib.
O, bu barədə dövlət televiziyasında açıqlama verib.Müsahibə qısa müddət sonra yayından çıxarılıb.Rəsmi danışıqlar heyəti isə ittihamları təkzib edib.
//Nəzər.Media
