Ukrayna Qara dənizdə iki yük gəmisinin Rusiya tərəfindən pilotsuz uçuş aparatları ilə vurulduğunu açıqlayıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hücum nəticəsində Misir vətəndaşı olan bir ekipaj üzvü həlak olub.
Panama bayrağı altında üzən gəmilərdən birində yanğın baş verib.Türkiyə və Hindistan vətəndaşları da daxil olmaqla 8 dənizçi təxliyə edilib.Ukrayna tərəfi hadisəni müharibə cinayəti kimi qiymətləndirib.
//Nəzər.Media
