İranda minlərlə yəhudi yaşayır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, onların dini həyatı davam edir.
İranın baş ravvini Yehuda Gerami ölkəni tərk etmədiyini bildirib. O, əsas məqsədinin yəhudi icmasının dini həyatını qorumaq olduğunu deyib. Gerami siyasətlə məşğul olmadığını da vurğulayıb. Bildirilir ki, İranda hazırda fəaliyyət göstərən təxminən 60 sinaqoq var. Bununla yanaşı, yəhudi icması müxtəlif məhdudiyyətlərlə üzləşir. İsrail və ABŞ ilə yaşanan gərginliyin icmanın həyatına da təsir etdiyi qeyd olunur. Buna baxmayaraq, Gerami İrandakı yəhudilərin öz dini ənənələrini yaşatmağa çalışdıqlarını bildirib.
//Nəzər.Media
