ABŞ-dən Kuba ilə bağlı yeni iddia yayılıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, MKİ-nin gizli işçi qrupu yaratdığı bildirilir.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kubaya yönəlik fəaliyyətini genişləndirmək üçün yeni struktur yaratdığı iddia olunur. Bildirilir ki, bu qrup Vaşinqtonun Havanaya təzyiq siyasətinin bir hissəsidir. İddialara görə, quruma əlavə maliyyə, texniki imkanlar və insan resursları ayrılacaq. Məqsədin Kubada kəşfiyyat fəaliyyətini gücləndirmək olduğu qeyd edilir. Rəsmi Havana isə ABŞ-ın ölkəyə qarşı siyasətini sərt tənqid etməyə davam edir. MKİ məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
//Nəzər.Media
