İran ABŞ-ın bölgədəki hərbi mövcudluğunu tənqid edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, bölgədə təhlükəsizlik yalnız ABŞ qoşunları çıxarıldıqdan sonra təmin oluna bilər.
O, ölkələrin suverenliyinə hörmət edilməsinin vacib olduğunu vurğulayıb. Qəribabadi həmçinin Hörmüz boğazı ilə bağlı qərarların bölgə dövlətləri tərəfindən verilməli olduğunu deyib.
//Nəzər.Media
