Rusiya gecə saatlarında Kiyevə raket və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində ölən və yaralananlar var.
Hücumdan sonra Polşa hava məkanının təhlükəsizliyi üçün döyüş təyyarələrini havaya qaldırıb. Ukrayna rəsmiləri yaşayış binaları və mülki obyektlərin ciddi zərər gördüyünü bildiriblər.
//Nəzər.Media
