İranın xarici ölkələrdəki milyardlarla dollar vəsaiti hələ də istifadəyə açılmayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tehran bu vəsaitlərin dəyərinin 100 milyard dollara yaxın olduğunu bildirir.
Bloklanmış pulların əsas hissəsi neft satışlarından əldə olunan gəlirlərdir. Vəsaitlərin böyük hissəsinin Çin, İraq, Hindistan və Cənubi Koreyada olduğu qeyd edilir.Mütəxəssislər bu vəsaitlərin mərhələli şəkildə azad edilə biləcəyini düşünürlər.
//Nəzər.Media
