Yunanıstan çimərliklərdə yeni nəzarət sisteminə başlayır. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, dronlar və süni intellekt vasitəsilə sahibkarların fəaliyyəti izlənəcək.
İcarəyə götürülən ərazidən kənara avadanlıq yerləşdirənlər cərimələnəcək.Qaydaları pozan obyektlərə 60 min avroya qədər cərimə tətbiq oluna bilər.Rəsmilər çimərliklərin ictimai istifadəsini qorumağı hədəfləyirlər.
//Nəzər.Media
