İsrail ordusu Suriyada əməliyyat keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, əməliyyat zamanı bir mülki şəxs saxlanılıb.
Hadisə Suriyanın cənubundakı Kuneytra vilayətinin Dərnəcə kəndində baş verib. Məlumata görə, İsrail hərbçiləri yaşayış evlərində axtarış apararaq bir nəfəri saxlayıblar. Eyni zamanda Dəra vilayətinin Əl-Arada kəndində atışma olub.İsrail ordusunun son günlər bölgədə hərbi əməliyyatları daha da intensivləşdirdiyi qeyd olunur.
//Nəzər.Media
