Gərginlik yenidən Hörmüz boğazına yönəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İran 6 gəmiyə müdaxilə edib.
İran Hörmüz boğazından keçmək istəyən 6 gəmini saxlayıb. Tehran bu gəmilərin ABŞ-ın tövsiyə etdiyi alternativ marşrutda qəzaya uğradığını bildirib. İran rəsmiləri Vaşinqtonu bölgədə gərginliyi artırmaqda ittiham edib.
Qeyd olunur ki, son üç gündə ABŞ və İran arasında birbaşa hərbi qarşıdurmada nisbi sakitlik müşahidə olunur.
//Nəzər.Media
