Müğənni paylaşımı tənqid edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Perri mahnısından istifadə olunmasını istəmir.
Keti Perri Ağ Evin “TikTok” hesabında yayımlanan və İrana hücum görüntülərinin yer aldığı videoda “Firework” mahnısının istifadə edilməsinə etiraz edib. Müğənni bildirib ki, onun musiqisi insanları bir araya gətirmək üçündür, müharibəni tərənnüm etmək üçün deyil. Qeyd olunur ki, Tramp administrasiyası daha əvvəl də bir sıra məşhur ifaçıların mahnılarından icazəsiz istifadə edib.
//Nəzər.Media
