İsrail rəsmilərinin Türkiyə ilə bağlı son açıqlamaları iki ölkə arasında gərginliyi artırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ankara isə hərbi imkanlarını gücləndirmək və yeni regional tərəfdaşlıqlar qurmaq istiqamətində addımlar atır.
Məlumata görə, Türkiyə Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bölgədə yaranan yeni vəziyyət Yaxın Şərqdə qüvvələr nisbətinə təsir göstərə bilər.
//Nəzər.Media
