Avstraliyada yaşayan 58 yaşlı Cozef Makqreyl-Beytap ən gur insan səsi üzrə dünya rekordu qırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Makqreyl-Beytap bir söz qışqıraraq 122,4 desibel səs gücünə çatıb.
Bu göstərici reaktiv təyyarənin və ya təcili yardım sireninin səs səviyyəsinə yaxındır. Yeni nəticə əvvəlki dünya rekordunu geridə qoyub.
//Nəzər.Media
