MİT rəhbəri İbrahim Kalın Ərbildə KDP lideri Məsud Bərzani ilə görüş keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə bölgədəki son vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər Türkiyə, İraq və İraq Kürdüstanı arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Kalın səfər çərçivəsində Kərkükə də baş çəkib.
//Nəzər.Media
