
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “Yevlax şəhər stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz” “Şamaxı”nı qəbul edəcək. Keçən tur yol üstündə olan “Qarabağ”a qalib gələn Nizami yurdunun təmsilçiləri bu oyunda da qələbə qazanmaq istəyir. Keçən tur evdə darmadağın olan “Şamaxı” isə bu oyunda qələbə qazanmaq haqqında düşünəcək. Hakim Cavid Cəlilovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“Kəpəz”in start heyəti:
33. Yusif İmanov(GK)
27. Məqsəd İsayev
7. Ehtiram Şahverdiyev
5. Rauf Hüseynli
8. Veysəl Rzayev
29. Dioqo Verdaska (C)
24. Olavale Onanuqa
12. Mahamadu Ba
14. Adama Fofana
4. Mate Abuladze
10. Ryonosuke Ohori
“Kəpəz”in ehtiyat oyunçuları:
22. Məmməd Hüseynov(GK)
81. Elgün Bayramov(GK)
99. Əli Səmədov
77. Fərid Nəbiyev
88. Şakir Seyidov
17. Ümid Səmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
21. Sadiq Şəfiyev
11. Rəhman Hacıyev
80. Şahnur İsmayılov
9. Luis Paçu
“Kəpəz”in baş məşqçisi: Azər Bağırov
“Şamaxı”nın start heyəti:
1. Rikardo Fernandes(GK)
5. Arsen Ağcabəyov (C)
2. Abdulla Rzayev
97. Oruc Məmmədov
82. Rüfət Abbasov
7. Edqar Adilxanov
9. Karim Rossi
13. Rikardo Apolinario
11. Dioqo Balau
4. Sezar Enrike
44. David Santos
“Şamaxı”nın ehtiyat oyunçuları:
62. Abdulla Seydəhmədov(GK)
99. Səlim Həşimov(GK)
17. Rafael Məhərrəmli
80. Həbib İsmayılov
21. Bilal İsmayılov
27. Emil Süleymanov
48. Ramiz Muradov
14. Ravil Qafarov
10. Andrey Tirkoveanu
19. Abdullahi Şuaybu
8. Alfons Msanqa
“Şamaxı”nın baş məşqçisi:Ayxan Abbasov
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Mavi qartallar” doğma publika önündə bu tur ilk qələbələrini qazanmağa qazanmaq istəyəcək. “Bayquşlar”da liderliyini qorumaq üçün bu oyuna üç xal üçün çıxacaq.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Neftçi”ni qəbul edəcək. Keçən turda 1 xala qane olan hər iki komanda bu turda qələbə qazanmağa çalışacaq.
Günün və turun sonuncu oyununda “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Köhlən atlar meydana üç xal üçün çıxacaq. “Boz qurd” isə matçda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax şəhər stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq “Sumqayıt” Aleksa Yankoviçin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Sumqayıt”-0:1. Oyunun 33-cü dəqiqəsində Ronaldo Vaskez “Sumqayıt”ın ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“Sumqayıt”-0:2. İlk hissə “Sumqayıt”ın 0:2 xeyrinə başa çatıb. Görüşün ikinci hissəsində qol olmadı və ilk hissənin nəticəsi oyunu nəticəsi oldu və “Sumqayıt” matçdan 0:2 qalib ayrıldı.
Günün ikinci qarşlaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edib. Artıq oyunun 7-ci dəqiqəsində “İmişli” Dioqo Almeydanın qolu ilə hesabı açıb-“Qəbələ”-“İmişli”-0:1.Oyunun 27-ci dəqiqəsində Domi Massumo “Qəbələ”nin bərabərlik topuna imza atıb-“Qəbələ”-“İmişli”-1:1.Oyunun 45+1-ci dəqiqəsində Domi Massumo dubl edərək özünün və komandasının “Qəbələ”nin ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Qəbələ”-“İmişli”-2:1. İlk hissə “Qəbələ”nin 2:1 üstünlüyü ilə başa çatdı.Oyunun 61-ci dəqiqəsində Dioqo Almeydanın dubl edərək özünün və komandasının ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Qəbələ”-“İmişli-2:2. Oyunun 88-ci dəqiqəsində Domi Massumo hett-trik edərək özünün və komandasının üçüncü topuna imza ataraq komandasını yenidən hesabda öna keçirib. Bu oyunda son qol olub və “Qəbələ” matçdan 3:2 qalib ayrılıb.
