• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

QHT sədri irad bildirdi

31 Yanvar, 26 / 14:30
A A
QHT sədri irad bildirdi

“Ölkədə könüllü qan donorluğunun inkişafına dəstək göstərməklə yanaşı, qohum nikahlarının yaratdığı mənfi fəsadlar barədə cəmiyyəti mütəmadi olaraq maarifləndiririk. Cari ildə fəaliyyətimizdə beynəlxalq əməkdaşlığa daha çox üstünlük verəcəyik”

Bu sözləri Nəzər.Media saytına açıqlamasında Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bildirib

O qeyd edib ki, Qan Donorları Assosiasiyası uzun illərdir ölkədə könüllü və daimi qan donorluğunun təbliği, irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması, eləcə də cəmiyyəti narahat edən bir sıra sosial və səhiyyə yönümlü layihələrin icrasında böyük əzmkarlıq nümayiş etdirir.

“Assosiasiya Qan Donorları Cəmiyyətlərinin Beynəlxalq Federasiyası ilə sıx əməkdaşlıq edərək inkişaf etmiş üzv təşkilatların təcrübəsindən faydalanır, mütəmadi əməkdaşlıq və təcrübə mübadiləsini gücləndirir.
Birliyin fəal könüllüləri və üzvləri mütəmadi olaraq yerli və beynəlxalq layihələrdə iştirak edirlər. Fəxrlə qeyd etmək istərdim ki, rəhbərlik etdiyim birlik bir çox beynəlxalq layihənin sosial tərəfdaşıdır ki, bu da fəaliyyətimizin daha da genişlənməsinə imkan yaradır.

2025-ci ildə ən uğurlu təşəbbüslərimizdən biri Assosiasiya nəzdində yeniyetmə və gənc könüllülərdən ibarət “Club-25” hərəkatının təsis edilməsi olub. Bu hərəkat könüllü qan donorluğuna töhfə verən gənclərin beynəlxalq şəbəkə proqramıdır. Ölkəmizdə bu sahədə peşəkar şəkildə fəaliyyət göstərən gənclərin əməyini yüksək qiymətləndiririk.”-deyə Fuad Əsgərov bildirib.

Qan Donorları Assosiasiyasının sədri Fuad əsgərov 2025-ci ilin iyun ayından etibarən yaxın qan qohumları arasında nikahların qadağan edilməsindən və bu sahədə gördükləri işlərdən də bəhs edib.

“Bildiyiniz kimi, 2025-ci ilin iyun ayından etibarən yaxın qan qohumları arasında nikahlar qadağan edilib. Bu qərarın əsas səbəbi irsi qan xəstəliklərinin artması və qohum nikahlarının cəmiyyətdə ciddi sağlamlıq fəsadları yaratmasıdır. Bu aktual mövzuya biganə qalmayaraq, qohum nikahlarının daha çox yayıldığı şəhər və rayonlarda geniş maarifləndirmə tədbirləri həyata keçirmiş, mövzunu ictimai müzakirəyə çıxarmışıq. Şübhəsiz ki, bu məsələ aktuallığını qoruyur və maarifləndirmə işləri bundan sonra da davam etdiriləcək.
Cari ildə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni imkanların dəyərləndirilməsi istiqamətində daha səmərəli addımlar atmaqda israrlıyıq. Sosial tərəfdaşlığın gücləndirilməsi bizim üçün prioritetdir. Artıq bir neçə beynəlxalq layihə üzrə sosial tərəfdaş statusu əldə etmişik ki, bunu da ardıcıl və əzmkar fəaliyyətimizin nəticəsi kimi qiymətləndiririk. Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün məqsədyönlü addımlar atmaqda davam edirik.”-deyə Qan Donorları Assosiasiyasının sədri qeyd edib

“Eyni zamanda etiraf etməliyik ki, könüllü qan donorluğunun inkişafı prosesində müəyyən maneələrlə, əsasən də bəzi səhiyyə müəssisələrində rastlaşırıq. Donorluq heç bir halda şəxsi maraqlara və ya “fərdi sahibkarlıq” niyyətlərinə xidmət etməməlidir. Bu kimi neqativ hallar qətiyyətlə qınanır çünki belə mənfi hallar ölkədə səhiyyə sahəsində aparılan islahatlara kölgə salır Aydındır ki, bu cür halların arxasında “şəxsi maraqlar” dayanır, lakin bu, yolverilməzdir və tərəfimizdən sərt şəkildə tənqid olunur. İnsan həyatı üzərindən hansı şəxsi maraq aparıla bilər ? İnanırıq ki, yaxın gələcəkdə bu kimi halların sayı azalacaq və biz birgə şəkildə ölkəmizin səhiyyə sisteminin inkişafına töhfə verəcəyik.”-deyərək Fuad Əsgərov bildirib.

Previous Post

"Kəpəz" "Şamaxı"nı qəbul edir-START HEYƏTLƏR

Next Post

"Zirə" "Sabah"ı qəbul edir-START HEYƏTLƏR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.