Bağdada yeni xəbərdarlıq gəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Kətaib Hizbullah silahlarını təhvil vermək üçün üç şərt irəli sürüb.
Şərtlər arasında ABŞ qoşunlarının İraqdan çıxarılması və Türkiyə Silahlı Qüvvələrinin ölkəni tərk etməsi də var. Təşkilat həmçinin Peşmərgə qüvvələrinin ləğvini və ABŞ-ın İraqdakı təsirinin sona çatmasını tələb edib.
//Nəzər.Media
