Türkiyə iki dəniz parkı elan edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Yunanıstan isə bundan narahatdır.
Parklardan biri Şimali Egeydə, digəri isə Aralıq dənizində yerləşir. Afina bu ərazilərin Yunanıstanın dəniz sahələri ilə bağlı olduğunu iddia edir. Yunanıstan məsələni BMT və Avropa İttifaqına çıxarmağa hazırlaşır. Afina Türkiyəyə diplomatik nota verməyi də planlaşdırır.
//Nəzər.Media
