Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın P1 prototipi növbəti sınaq mərhələsini uğurla keçib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, taksi sınaqları beynəlxalq müdafiə mediasında geniş işıqlandırılıb.
Xarici nəşrlər P1 prototipinin layihə üçün mühüm mərhələ olduğunu vurğulayıblar. Məlumatlarda təyyarənin yerli sensor və elektron döyüş sistemlərinə xüsusi diqqət ayrılıb. Bəzi nəşrlər KAAN-ı Türkiyə aviasiya sənayesinin ən dəyərli layihələrindən biri kimi qiymətləndirib. Analitiklər layihənin gələcəkdə qlobal müdafiə bazarında alternativ seçim ola biləcəyini bildiriblər. Bildirilir ki, P2 prototipi üzərində də işlər davam etdirilir. Layihənin əsas hədəflərindən biri isə tam yerli mühərriklə təchiz olunan beşinci nəsil döyüş təyyarəsinin hazırlanmasıdır.
//Nəzər.Media
