Cənubi Koreyada hava temperaturu rekord həddə çatıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Yanqsan şəhərində temperatur 42 dərəcəni ötüb.
Meteorologiya Xidməti bunun ölkə tarixində ən yüksək göstərici olduğunu açıqlayıb. Bildirilib ki, bu rekord 1904-cü ildən bəri ilk dəfə qeydə alınıb. Şəhərdə son beş gündür temperatur 40 dərəcədən yuxarı qalır. Mütəxəssislər bunu davam edən isti hava dalğası ilə əlaqələndirirlər. Ölkənin digər bölgələri üçün də yüksək temperatur xəbərdarlığı edilib.
//Nəzər.Media
