İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ağır ittihamlarla üzləşib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, keçmiş əməkdaş ona qarşı zorakılıq iddiaları irəli sürüb.
Keçmiş işçinin sözlərinə görə, Sara Netanyahu əməkdaşlara qarşı təhqiramiz və ayrı-seçkilik xarakterli davranış sərgiləyib. O, xüsusilə bəzi işçilərə fiziki təzyiq göstərildiyini iddia edib. Keçmiş əməkdaş həmçinin əcnəbi işçilərə qarşı ayrı-seçkilik edildiyini bildirib. İddialara görə, Baş nazirin oğlu Yair Netanyahu da ona fiziki müdaxilə edib. Sara Netanyahu və ailəsi səsləndirilən ittihamlarla bağlı hələlik açıqlama verməyib.
//Nəzər.Media
