Yaponiyada güclü istilər səbəbindən iş saatları azaldılıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərar işçilərin sağlamlığını qorumaq məqsədi daşıyır.
Bir sıra tikinti şirkətləri iş rejimini səhər saatlarına uyğunlaşdırıb. Bəzi tikinti sahələrində iş vaxtı 07:00-dan 13:00-dək müəyyən edilib. Şirkətlər bunun günvurma riskini azaltmaq üçün edildiyini bildiriblər. Eyni zamanda, tikinti sahələrində soyutma sistemi ilə təchiz olunmuş sanitar qovşaqlar quraşdırılır. Yaponiyada bir çox şirkət isti hava şəraitində əməkdaşların təhlükəsizliyi üçün oxşar tədbirlər həyata keçirir.
//Nəzər.Media
