ABŞ Prezidenti Donald Trampın İrana hücumları dayandırması bölgədə diplomatik ümidləri artırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bununla yanaşı, Küveytdə təhlükəsizlik narahatlığı güclənib.
Bildirilir ki, son hücumlar ölkənin müdafiə sistemindəki zəif cəhətləri üzə çıxarıb. İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar enerji və mühüm infrastruktur obyektlərini hədəf alıb. Hadisələrdən sonra Küveyt Vaşinqtondan daha güclü təhlükəsizlik təminatı istəyib. Mütəxəssislər yalnız hava hücumundan müdafiə sistemlərinin kifayət etmədiyini bildirirlər. Onlar ortaq müdafiə mexanizmi və kritik infrastrukturun gücləndirilməsinin vacibliyini vurğulayırlar. Eyni zamanda, ABŞ-nin Küveytdəki hərbi mövcudluğunun gələcəyi də müzakirə olunur. Analitiklərin fikrincə, bölgədəki son hadisələr Körfəz ölkələrinin təhlükəsizlik strategiyasına yenidən baxmasına səbəb olub.
//Nəzər.Media
