ABŞ Prezidenti Donald Tramp İrana planlaşdırılan hücumları dayandırdığını açıqlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərarın diplomatik təmaslardan sonra verildiyi bildirilir.
Məlumata görə, Körfəz ölkələri Vaşinqtonu gərginliyi artırmamağa çağırıblar. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman da Trampa narahatlığını çatdırıb. Tramp tərəflər arasında müəyyən razılaşma əldə olunacağı təqdirdə hücumların həyata keçirilməyəcəyini bildirib. O, Hörmüz boğazının açılması və İranın nüvə təhlükəsinin aradan qaldırılmasını əsas şərtlər kimi göstərib. İran isə mümkün hücum halında sərt cavab verəcəyini bəyan edib. Bununla yanaşı, tərəflər arasında diplomatik danışıqların davam etdiyi qeyd olunub.
//Nəzər.Media
