Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın Suriyaya səfər edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Kalın Dəməşqdə Suriya prezidenti Əhməd Əl Şaraa ilə görüş keçirib.
Tərəflər bölgədəki son vəziyyəti müzakirə ediblər. Görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə olunub. Toplantıda Suriya rəsmiləri də iştirak ediblər.
//Nəzər.Media
