Pakistan İranla bağlı gərginlik fonunda Səudiyyə Ərəbistanına 8 min hərbçi göndərib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölkəyə 16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemi yerləşdirilib.
Göndərilən qüvvələrin əsasən təlim və məsləhət missiyası yerinə yetirəcəyi bildirilib. Mənbələrə əsasən, bütün xərcləri Səudiyyə Ərəbistanı qarşılayır. Tərəflər arasında ötən il qarşılıqlı müdafiə sazişi imzalanmışdı.
//Nəzər.Media
