Ukrayna ordusu Luqanka PUA hücumu edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya tərəfi məlumat yayıb.
Pilotsuz uçuş aparatı ilə edilən zərbələrdən birri kollecə tuş gəlib. Hadisə nəticəsində 4 nəfər ölüb. Hücum 35 nəfərin yaralanmasına səbəb olub. Zərbə təhsil binası və yataqxanaya dəyib. Hücum zamanı binada onlarla tələbə olub. Axtarış-xilasetmə işləri davam edir.
//Nəzər.Media
