“SpaceX” şirkətinin “Starship” raketinin sınaq uçuşu təxirə salınıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, uçuşa 30 saniyə qalmış texniki nasazlıq aşkarlanıb.
Elon Mask problemin hidravlik sistemdə yarandığını bildirib. Şirkət gün ərzində yeni cəhdin mümkün olduğunu açıqlayıb. Raketin Hind okeanına nəzarətli eniş etməsi planlaşdırılırdı.
//Nəzər.Media
