Məkkə İttifaqının nümayəndələri Səudiyyə Ərəbistanının paytaxtı Riyadda bir araya gələcək. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə üç ölkənin müdafiə əməkdaşlığı müzakirə olunacaq.
Toplantıda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın nümayəndələri iştirak edəcək. Görüşdə ittifaqın gələcək fəaliyyəti müzakirə ediləcək. Tərəflər təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı da nəzərdən keçirəcək.
//Nəzər.Media
