Yaponiya Türkiyə ilə kosmos sahəsində əməkdaşlığı artırmaq istəyir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bunu Yaponiya Kosmik Tədqiqatlar Agentliyinin rəhbəri Yamakava Hiroşi deyib.
O, Türkiyənin kosmos sahəsində böyük irəliləyiş əldə etdiyini bildirib. İki ölkə xüsusilə peyk texnologiyaları üzrə əməkdaşlıq edir. Hiroşi Antalya şəhərində keçirilən Beynəlxalq Kosmos Konqresinin əməkdaşlıq üçün mühüm imkan yaratdığını vurğulayıb.
//Nəzər.Media
