Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişinin parlamentə təqdim edilməsi planlaşdırılır. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, sazişin bu həftə Türkiyə Böyük Millət Məclisinə təqdim olunması gözlənilir.
Sazişin tam mətni hələ ictimaiyyətə açıqlanmayıb. Sənəd parlamentə təqdim edildikdən sonra onun mətninin də açıqlanması gözlənilir. Sazişin qüvvəyə minməsi üçün parlamentin təsdiqi tələb olunur.
//Nəzər.Media
