2026-cı il Nobel Fizika Mükafatına belçikalı fizikçi Frensis Halzen layiq görülüb. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, mükafat Halzenə yüksək enerjili neytrinoların aşkarlanmasına verdiyi töhfələrə görə verilib.
Alim Antarktidadakı IceCube rəsədxanasının yaradılmasına rəhbərlik edib. Bu rəsədxana kosmosdan gələn neytrinoları aşkar edir. Kəşf kainatdakı uzaq və güclü hadisələrin öyrənilməsinə yeni imkan açıb.
//Nəzər.Media
