Meksikada həbsxanada ziyarət saatlarında qarşıdurma baş verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Sinaloa ştatındakı həbsxanada baş verib.
Hadisə nəticəsində 10 nəfər ölüb,. İxtişaş zamanı 16 məhbus yaralanıb. Ölənlərdən doqquzu məhbus, biri isə məhbusun azyaşlı yaxın qohumudur. Yaralılar xəstəxanalara çatdırılıb. Təhlükəsizlik qüvvələri həbsxanaya nəzarəti bərpa edib, hadisə ilə bağlı araşdırma başlanıb.
//Nəzər.Media
