Çilidə güclü yağış yağıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, güclü yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub.
Təbii fəlakət 6 nəfərin yaralanmasına səbəb olub. Daşqın avtomobilləri küçələrdə sürükləyib, evləri su basıb. Min nəfərdən çox insan təxliyə edilib, bəzi ərazilərdə məktəblər bağlanıb. Çili Prezidenti Xose Antonio Kast təhlükəli Las-Kondes bölgəsində fövqəladə vəziyyət elan edib.
//Nəzər.Media
