Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Sabah”ı qəbul edir. “Ağ-qaralar”la “bayquşlar”ın görüşünü Rauf Cabarov idarə edir.
“Neftçi”-“Sabah”-0:0
Qollar: //
Qırmızı vərəqələr: //
Turun digər görüşləri sabah və Bazar günü keçiriləcək. Sabah iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Mavi qartallar”la “Şirlər”in görüşünü Fərid Hacıyev idarə edəcək.
Günün ikinci qarşılaşmasında gənclər şəhər təmsilçisi “Sumqayıt” “SOCAR Polymer Arena”da “Qəbələ”ni qəbul edəcək. “Kimyaçılar”la “qırmızı-qaralar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Turun digər görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “İmişli” “Yevlax şəhər stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Pələnglər”lə “köhlən atlar”ın görüşünü Elvin Bayramov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Şəfa” “SOCAR Polymer Arena”da “Turan Tovuz”u qəbul edəcək. Bakı təmsilçisi ilə “boz qurd”un görüşünü Əli Əliyev idarə edəcək.
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Şamaxı şəhər stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Muxtar Respublika təmsilçisi ilə “sarı-göylər”in görüşünü Rəşad Əhmədov idarə edib. Görüş 0:2 “Kəpəz”in xeyrinə başa çatıb.
“Araz-Naxçıvan”-“Kəpəz”-0:2
Qollar: //31.Benito(0:1), 86. Rəhman Hacıyev(0:2)
Qırmızı vərəqələr: //
