İtaliyanın Baş naziri Corcia Meloninin hökuməti rekord qırıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Sağ koalisiya 1413 gündür hakimiyyətdədir.
Bu, İkinci Dünya müharibəsindən sonra ölkənin ən uzunömürlü hökumətidir. Meloni bununla Silvio Berluskoninin əvvəlki rekordunu da geridə qoyub. Sorğular onun rəhbərlik etdiyi ittifaqın seçkilər öncəsi üstünlüyünü qoruduğunu göstərir.
//Nəzər.Media
