Avropa İttifaqı Yunanıstandan Ukraynaya “Patriot” sistemləri göndərməsini istəyir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Ukrayna Rusiyanın hücumları səbəbindən hava müdafiəsində ciddi çətinlik yaşadığını bildirib.
Hazırda bu sistemlərə sahib olan əsas ölkələr Yunanıstan və İspaniyadır. Afina isə öz hava müdafiəsinə ehtiyac duyduğu üçün sistemləri verməyə tələsmir. Yunanıstanın Egey dənizində Türkiyə ilə gərginliyi də bu qərara təsir edir.
//Nəzər.Media
