Yunanıstanın Baş naziri Kiriakos Miçotakis NATO sammitindən sonra açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Baş nazir Türkiyə ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Miçotakis Prezident Rəcəb Tayyib Ərdoğanla konstruktiv münasibət qurmaq istədiyini deyib. O, Ankarada keçirilən NATO sammitini yüksək qiymətləndirərək Türkiyənin qonaqpərvərliyini xüsusi qeyd edib. Baş nazir iki ölkə arasında son dövrdə müxtəlif sahələrdə irəliləyiş əldə olunduğunu vurğulayıb. Miçotakis müdafiə sahəsində Avropa ölkələrinin məsuliyyətinin artırılmasının da zəruri olduğunu bildirib. O, həmçinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin qorunmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.
//Nəzər.Media
