NATO sammitinin yekun bəyannaməsi açıqlanıb.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Alyans İrana açıq mesaj göndərib.
Bəyannamədə bildirilib ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır. Həmçinin Tehran Hörmüz boğazında sərbəst gəmiçiliyə hörmət etməyə çağırılıb. Sənəddə bir üzvə hücumun bütün üzvlərə hücum sayıldığı bir daha vurğulanıb. NATO Rusiyanın yaratdığı təhlükələrin davam etdiyini də qeyd edib. Alyans müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətini açıqlayıb. Bu məqsədlə 50 milyard dollardan çox yeni tədarük müqaviləsi elan olunub. Ukraynaya dəstəyin davam etdiriləcəyi də bəyannamədə əksini tapıb. Bildirilib ki, 2026-cı ildə Kiyevə 70 milyard avro həcmində yardım göstəriləcək. NATO Baş katibi Mark Rütte sammiti uğurlu adlandırıb. O, alyans daxilində birliyin daha da möhkəmləndiyini bildirib. Rütte ABŞ-ın NATO qarşısındakı öhdəliklərinə sadiq qaldığını da vurğulayıb. Fransa Prezidenti Emmanuel Makron isə Avropanın müdafiə imkanlarının gücləndirilməsinin vacibliyini qeyd edib. O, bu addımların ilk növbədə Avropanın təhlükəsizliyi üçün atıldığını bildirib.
//Nəzər.Meda
