Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbə endirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hədəf “Mavi axın” qaz kəmərinin nasos stansiyası olub.
“Qazprom”un məlumatına görə, hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Bildirilib ki, stansiyaya ziyan dəysə də, Türkiyəyə təbii qazın nəqli dayandırılmayıb. Şirkət yaranmış nasazlıqların aradan qaldırıldığını açıqlayıb. “Mavi axın” qaz kəməri 2003-cü ildən fəaliyyət göstərir. Bu kəmər vasitəsilə Türkiyənin bir sıra bölgələrinin təbii qaza olan tələbatı ödənilir.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” sistemlərinin istehsalı üçün lisenziya veriləcəyini bildirib.
//Nəzər.Media
