İsrail Türkiyənin “F-35” proqramına qayıtmasını istəmir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahu bunu dolayısı ilə ifadə edib.
O, İsrailin bölgədə hava üstünlüyünü qoruyacağını bildirib. Bu mövqenin ölkənin təhlükəsizlik siyasətinin əsas hissəsi olduğunu vurğulayıb.
Netanyahu Donald Trampın Türkiyə ilə bağlı müsbət açıqlamalarından narahatlığını da gizlətməyib. O, Yaxın Şərqdə bütün mümkün ssenarilərə hazır olduqlarını deyib.
Baş nazir həmçinin İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəklərini bir daha bəyan edib.
//Nəzər.Media
