Ukrayna ABŞ-dən yeni Patriot raketləri alacaq. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski açıqlayıb.
Onun sözlərinə görə, ilk raket partiyası yaxın günlərdə Ukraynaya çatdırılacaq. Zelenski əlavə PAC-3 raketlərinin tədarükü ilə bağlı Avropa ölkələri ilə də razılaşmaların olduğunu bildirib.
Ukrayna həmçinin Patriot raketlərinin ölkədə istehsalı üçün ABŞ-dən lisenziya istəyib. Zelenski bu məsələni Donald Trampla Ankarada müzakirə etdiyini deyib.
O, Rusiyadan gələn təhlükəyə qarşı Avropa ilə birgə yeni raketdən müdafiə sistemi yaradılması üzərində də iş aparıldığını vurğulayıb.
//Nəzər.Media
