Niderland kəşfiyyatı Rusiyayla bağlı xəbərdarlıq edib. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, iddialar NATO ölkələrini narahat edib.
Bildirilib ki, Rusiyaya bağlı hakerlər internetə qoşulan təhlükəsizlik kameralarına müdaxilə ediblər. Onların NATO bazalarını və Ukraynaya göndərilən hərbi yükləri izlədiyi iddia olunur. Araşdırmaya görə, əsas hədəf hərbi nəqliyyat marşrutlarına nəzarət edən kameralar olub. Hollandiya kəşfiyyatı bir çox kamerada təhlükəsizlik qaydalarının pozulduğunu da açıqlayıb. Qurum və şirkətlərə şifrələri dəyişmək, proqram təminatını yeniləmək tövsiyə edilib.
//Nəzər.Media
